Azərbaycan taekvondoçusu, Paris Yay Olimpiya Oyunlarının gümüş medalçısı Qaşım Maqomedov “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, bununla bağlı Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Qala mükafatlandırma mərasimi keçirilib.
Qala gecəsində idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.
Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə “Ədalətli oyun ruhu” mükafatına yiyələnib.