“Bu, karyeramın ən böyük uğurudur”.
Offsideplus.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanan pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Ceyhun Mahmudov söyləyib.
İdmançı vətənə medalla qayıtmaq istədiyini deyib:
“Paris paralimpiadasında iştirak hüququ qazandığım üçün çox sevincliyəm. Öz ölkəsini ən mötəbər yarışlarda təmsil etmək hər idmançıya nəsib olmur. Məşqlərimi yüksək səviyyədə davam etdirirəm. Məqsədim vətənə medalla qayıtmaqdır”.