Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Offsideplus.az xəbər verir ki, yarışın doqquzuncu günündə Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.
Zeynəb Rəhimova (54 kq) 1/8 finalda Ornella Havyarimana (Burundi) ilə üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Rəhimova növbəti görüşündə Aeji İm (Koreya Respublikası) ilə qarşılaşacaq. O, qələbə qazanacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.
Qeyd edək ki, yarışın son günündə Alfonso Dominqes (92 kq) də rinqə çıxacaq.