Qadın voleybolçular arasında Azərbaycan çempionatının XV turunun matçları oynanılır.
Offsideplus.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
"DH Volley" növbəti qələbəsini qazanıb.
Onlar çətinliklə də olsa, "Gəncə"ni məğlub edib - 3:2 (19:25, 17:25, 25:12, 25:22, 15:10).
"Abşeron" isə "Murov Az Terminal"a qalib gəlib - 3:1 (25:14, 21:25, 25:17, 25:13).
Qeyd edək ki, tura sabah yekun vurulacaq.



