"Hoffenhaym" klubu Ozan Kabakla müqavilə müddətini uzatmaq barədə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, Fransa, İtaliya və Almaniyadan başqa təkliflər olmağına baxmayaraq klubunda qalmağa qərar verib.
Türkiyəli müdafiəçinin yeni sözləşməsinin müddəti 2030-cu ilin yayına qədər olacaq.
O. Kabak 4 mövsümdür "Hoffenhaym"da çıxış edir. O, cari mövsüm Bundesliqada 20 oyunda 4 qol vurmağı bacarıb.


