Transfermarkt portalı klubların heyət dəyərlərinə əsasən dünyanın ən bahalı futbol komandalarının siyahısını yeniləyib.
Offsideplus.az xəbər verir ki, 2026-cı ilin aprel ayına olan göstəricilərə görə, Avropa nəhəngləri milyard avroluq hədləri aşmağa davam edir.
Siyahıya 1.34 milyard avroluq heyət dəyəri ilə "Real Madrid" rəhbərlik edir. Onu cüzi fərqlə "Mançester Siti" (1.31 milyard avro) izləyir. İlk beşlikdəki digər klublar isə aşağıdakılardır:
-
"Real Madrid": 1.34 milyard €
-
"Mançester Siti": 1.31 milyard €
-
"Arsenal": 1.23 milyard €
-
PSJ: 1.21 milyard €
-
"Barselona": 1.17 milyard €
-
"Çelsi": 1.16 milyard €
-
"Liverpul": 1.02 milyard €
-
"Bavariya": 965.95 milyon €
-
"Tottenhem Hotspur": 802.50 milyon €
-
"Mançester Yunayted": 747.15 milyon €
Türkiyə Superliqasının nəhəngləri də dünyanın ən dəyərli 100 klubu arasında yer almağı bacarıblar. "Qalatasaray" bu siyahıda Türkiyə təmsilçiləri arasında ən yüksək pillədə qərarlaşıb:
-
42. "Qalatasaray": 344.75 milyon avro
-
53. "Fənərbağça": 247.80 milyon avro
-
70. "Beşiktaş": 185.10 milyon avro
Siyahının ilk onluğuna nəzər saldıqda Premyer Liqa klublarının aşkar üstünlüyü görünür. İlk 10 klubdan 6-sı məhz İngiltərə təmsilçisidir.
"Bayern" isə 965.95 milyon avroluq dəyərlə ilk 7-likdən kənarda qalaraq 8-ci pilləyə enib.


