İngiltərə Premyer Liqasında "Tottenhem" klub tarixin dünyasına ən ağır böhranlarından birini yaşayır.
Offsideplus.az xəbər verir ki, bu gün səfərdə "Sanderlend"ə 1-0 hesabı ilə məğlub olan London təmsilçisi, Premyer Liqadakı qələbə həsrətini 14 oyuna çatdırıb. Bu, klubun son 90 ildəki ən pis göstəricisidir.
"Tottenhem"in yeni baş məşqçisi Roberto De Zerbi komandanın sükanı arxasında çıxdığı ilk rəsmi matçda məğlubiyyətlə üzləşib. "Sanderlend"ə qarşı oyunda kapitan Kristian Romeronun zədələnərək meydanı tərk etməsi və VAR qərarları londonluların işini daha da çətinləşdirib. De Zerbi oyundan sonra verdiyi açıqlamada komandanın psixoloji vəziyyətinin ağır olduğunu, lakin hələ də inandığını bildirib.
Cari mövsüm "Spurs" üçün məşqçi dəyişiklikləri ilə yadda qalıb:
-
Tomas Frank: 2026-cı ilin fevralında, "Nyukasl"a məğlubiyyətdən sonra komandanın 16-cı pillədə olduğu vaxt qovulub.
-
İqor Tudor: Müvəqqəti baş məşqçi kimi gətirilsə də, cəmi 7 matçdan sonra, martın sonunda vəzifəsindən uzaqlaşdırılıb.
-
Roberto De Zerbi: Aprel ayında komandanı xilas etmək üçün gətirilsə də, debüt matçında xal qazana bilməyib.
Hazırda 32 oyundan sonra cəmi 30 xalı olan "Tottenhem", turnir cədvəlinin 18-ci pilləsində — releqasiya (aşağı liqaya düşmə) zonasında qərarlaşıb.


