Fransalı ulduz futbolçu Antuan Qrizman "Barselona"da çıxış etdiyi illərlə bağlı maraqlı etiraflar edib.

Offsideplus.az xəbər verir ki, o, mətbuatda Lionel Messi ilə aralarında gərginlik olması barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

​Qrizman həmin dövrü belə xatırlayır:

"Barselona" oyunçusu olduğum vaxtlarda mətbuat hər gün Messinin məndən narazı olduğunu yazırdı. Messi isə mənə deyirdi: 'Antuan, bunlara qulaq asma. Bu, sadəcə mətbuatdır'."

​Təzyiqlərə baxmayaraq, Messinin ona hər zaman dəstək olduğunu vurğulayan Qrizman əlavə edib:

Messi hər matçda onlara (mətbuata) meydanda cavab verirdi. O, meydanda bəzi penalti zərbələrini mənə yerinə yetirtdirirdi. Mənim vurduğum qolları sanki özü vurmuş kimi böyük coşğu ilə qeyd edirdi.

​Bu açıqlamalar futbol dünyasının iki ulduzu arasında iddia edilən "soyuq müharibə"nin əslində mediadan kənarda tam fərqli bir dostluğa söykəndiyini bir daha sübut edir.