Abdullah Zubir yayda "Qarabağ"ı tərk edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "L'Equipe" nəşri məlumat yayıb.
Təcrübəli futbolçunun yeni klubu da məlumdur. O, karyerasını Qətərin "Əl-Şahaniyə" klubunda davam etdirəcək.
Zubir 2018-ci ildən "Qarabağ"da çıxış edir. O, Ağdam təmsilçisinin heyətində 355 oyuna çıxıb.
O, bu oyunlarda 77 qol vurub və 94 məhsuldar ötürmə edib.


