Dünya futbolunun ən nüfuzlu fərdi mükafatı olan "Qızıl Top" (Ballon d'Or) üçün 2026-cı ilin qiymətləndirmə meyarları yenilənib.

Offsideplus.az xəbər verir ki, təşkilatçılar artıq statistik göstəricilərdən daha çox, oyunçunun həlledici anlardakı təsirinə önəm verəcəklər.

Yeni qaydalara əsasən, qalib aşağıdakı dörd əsas meyar üzrə müəyyən ediləcək:


"Qızıl Top" 2026-nın qiymətləndirmə şərtləri

  • Kollektiv uğur və titullar: Çempionlar Liqası, daxili çempionatlar və xüsusilə 2026-cı il Dünya Çempionatında qazanılan kuboklar həlledici rol oynayacaq.

  • Fərdi performans və təsir: Sadəcə qol və assistlərin sayı deyil, oyunçunun matçın gedişatını dəyişmə qabiliyyəti, liderlik keyfiyyətləri və komandasına verdiyi ümumi töhfə nəzərə alınacaq.

  • İdmançı davranışı və "Fair Play": Meydandakı intizam, rəqibə hörmət və nümunəvi peşəkarlıq əlavə üstünlük qazandıracaq.

  • Böyük oyunlardakı performans: Bu, ən mühüm yeniliklərdən biridir. Zəif rəqiblərə qarşı toplanan statistika deyil, Çempionlar Liqası və Dünya Kubokunun həlledici mərhələlərindəki oyunlar əsas götürüləcək.


Yeni meyarlar göstərir ki, artıq heç bir futbolçu yalnız yerli liqadakı çıxışı ilə bu mükafatı qazana bilməz. Çempionlar LiqasıDünya Çempionatında möcüzələr yaratmayan oyunçular üçün "Qızıl Top" əlçatmaz xəyal olaraq qalacaq.