Aleksander İsakın ötən yay rekord məbləğlə (125 milyon funt) "Liverpul"a transferindən sonra hücum xəttində boşluğu doldura bilməyən "Nyukasl" gözünü İspaniyaya dikib.

Offsideplus.az xəbər verir ki, "Sağsağanlar"ın hədəfində "Real Madrid"in 22 yaşlı hücumçusu Qonsalo Qarsiya var.  

​Klub daxilində yaranan fikrə görə, mövsümün əvvəlində transfer edilən Yoan Vissa və Nik Voltemade hücumda dərinlik yaratsalar da, komandanın əsl "qol maşını" ehtiyacını qarşılaya bilməyiblər.

"Nyukasl" ötən yay İsakı satdığı günlərdə tələsik Nik Voltemade və Yoan Vissa üçün ümumilikdə 124 milyon funt xərcləsə də, hər iki forvard bu mövsüm gözləntiləri doğrultmaqda çətinlik çəkir.

​"Real Madrid"də Alvaro Arbeloanın rəhbərliyi altında geniş şans tapa bilməyən Qonsalo Qarsiya oyun tərzi ilə əfsanəvi Raula bənzədilir. Hətta Xabi Alonso onu "dünya səviyyəli" istedad kimi xarakterizə edirdi.

​Gənc hücumçu bu mövsüm "Real Madrid" forması ilə çıxdığı 32 oyunda (əsasən sonradan daxil olmaqla) 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

​Klubun skaut departamenti hesab edir ki, Qarsiya həm fiziki göstəriciləri, həm də bitiricilik qabiliyyəti ilə Premyer Liqaya sürətlə uyğunlaşacaq. "Nyukasl" rəhbərliyi artıq Madrid təmsilçisi ilə ilkin əlaqələrə başlayıb.