Məhəmməd Salahın yayda "Liverpul"dan ayrılacağı xəbərlərinin ardınca, "qırmızılar"ın onun yerinə gətirmək istədiyi əsas namizəd bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Leypsiq" öz gənc ulduzu Yan Diomande üçün "Liverpul"dan astronomik məbləğ tələb edir.
Almaniya klubu 19 yaşlı Kot-d'İvuarlı cinah hücumçusu transferi üçün 87 milyon funt-sterlinq (təxminən 100 milyon avro) qiymət qoyub.
Diomande bu mövsüm Bundesliqada göstərdiyi performansla bütün diqqətləri üzərinə çəkməyi bacarıb:
- Qol: 11
- Məhsuldar ötürmə: 8
- Yaş: 19
Salahın "Liverpul"dan azad agent kimi ayrılmağa hazırlaşması klub rəhbərliyini təcili addımlar atmağa sövq edib. Yan Diomande həm sürəti, həm də texnikası ilə "yeni Salah" kimi xarakterizə olunur. Lakin "Leypsiq"in tələb etdiyi məbləğ bu transferin asan olmayacağından xəbər verir.
Xatırladaq ki, Diomande ilə təkcə "Liverpul" deyil, həmçinin "Mançester Yunayted" və "Arsenal" da yaxından maraqlanır.


