Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının adı dəyişdirilərək Azərbaycan Su İdmanı növləri Federasiyası olub.
Offsideplus.az Federasiyanın mətbuat xidmətinə istinadən xəbər veri ki, bu barədə qurumun ümumi yığıncağında qərar qəbul olunub.
Bu addım ölkədə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektli təmsilçiliyə nail olmaq məqsədi daşıyır.
Eyni zamanda, populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etmək federasiyanın əsas prioritetidir.


