Ötən mövsüm Misli Premyer Liqasında sonuncu yeri tutaraq I liqaya düşən "Səbail"in yay hazırlıq planı açıqlanıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın təlim-məşq toplanışı iyulun 25-də "ASCO Arena"da başlanacaq.

Hazırlıq prosesi çərçivəsində Elvin Məmmədov yetirmələrini 4 yoxlama matçında sınayacaq.

Rəqiblər və yeni transferlər barədə məlumat daha sonra veriləcək.