2025/2026 mövsümündə futbol üzrə I Liqada mübarizə aparacaq “Şəfa” rəhbərliyi 7 futbolçusu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, ötən mövsüm II Liqada ikinci yeri tutan heyətdən Vaqif Şirinbəyov, Tural Nərimanov, Güləli Mehraliyev, Bəxtiyar Soltanov, Ülvi Quliyev, Rauf Məhərrəmov və Muhamməd Məmmədovla yollar ayrılıb.
Adıçəkilən futbolçularla başa çatan müqavilələrin müddəti uzadılmayıb.
Qeyd edək ki, "Şəfa"dan yola salınan oyunçular arasında Bəxtiyar Soltanov və Tural Nərimanov futbol azarkeşlərinə daha tanış isimlərdir.
Vaxtilə "Qarabağ"da forma geyinən Bəxtiyar ölkəmizin əsas milli komandasına qədər irəliləyib və burada 6 matça çıxıb. T.Nərimanov isə "Neftçi", AZAL və "Kəpəz"dəki çıxışı ilə daha çox tanınıb.