"İmişli” I Liqanın ən güclü komandalarındandır. Onların da eynən bizim kimi bu mövsüm qarşılarına məqsəd qoyulub. Çətin və maraqlı oyun olacaq".
Bu sözləri Offsideplus.az-a açıqlamasında I Liqanın ilk turu çərçivəsində "İmişli"yə rəqib olan "Baku Sporinq"in baş məşqçisi Elman Sultanov bildirdi.
Çalışdırıcı mövsümə tam hazır olmadıqlarını qeyd etdi:
"Hazırlığımız davam edir. Artıq üç yoldaşlıq görüşü də keçirmişik. Hələ ki, hazırlığımızın pik həddinə çatmamışıq. Komanda 70-80 faiz hazırdır".
Mütəxəssis ilk "üçlük" üçün yarışacaqlarını vurğuladı:
"Hədəf yuxarı yerlərdir. Daha dəqiq ilk" üçlük"də qərarlaşmaqdır. Hər şey çempionatın gedişindən asılı olacaq. Bu il I Liqadakı komandalar güclənib. “Qəbələ” də Premyer Liqadan gəlib".