"Rəqibimiz çox güclüdür. Ötən mövsüm çempionluq şansını son oyunda itirmişdi. Ümumiyyətlə, bu "onluq"da asan rəqib yoxdu. Bizim üçün sevindirici haldır ki, ilk tura azarkeşlərimiz qarşısında çıxacaq və yaxşı oyunla, gözəl nəticə qazanmağa çalışacağıq".
Bu sözləri Offsideplus.az-a açıqlamasında I Liqanın ilk turu çərçivəsində "Qaradağ Lökbatan"a rəqib olan "Karvan"ın baş məşqçisi Kənan Kərimov bildirdi.
Təcrübəli çalışdırıcı çempionata hazırlığın davam etdiyini bildirdi:
"Baxışda olan futbolçular var. Çalışacağıq ki, oyuna qədər həm fiziki, həm də psixoloji cəhətdən hazırlığı ən üst səviyyəyə qaldıraq".
48 yaşlı mütəxəsis yeni mövsümdə iddialı olduqlarını qeyd etdi:
"Keçən il çempionatı beşinci pillədə bitirdik. Bu mövsüm daha iddialı oynayacağıq. Əsas hədəfimiz ilk "üçlük"dür".