Mövsüm ərzində çempionluq mübarizəsi aparan "İmişli", cari “futbol ili”nin son oyununda "Moik"ə məğlub oldu (2:1).
Bununla da, "çəhrayı pələnglər" mükafatçılar siyahısına düşə bilmədi. Komandının bu çöküşünün səbəbini klubun icraçı direktoru Aqşin Mürsəlovdan soruşduq. İmişli təmsilçisinin rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Son turlarda futbolçularımız həm fiziki, həm də psixoloji olaraq çox yoruldu. Xüsusən də, "Karvan"a məğlubiyyətdən sonra komandada çöküş yaşandı. Son iki turda da artıq çempionluq əldən getmişdi. Təəssüf ki, nə etsək də, uşaqları toparlaya bilmədik. 3-cü və ya 4-cü yer bizim üçün əhəmiyyət kəsb etmirdi. Gələn mövsüm üçün infrastruktur üzərində çalışacayıq. Məqsədimiz Premyer Liqa səviyyəsində olmaq gənclərdən ibarət döyüşkən komanda qurmaqdır. Qeyd etdiyim kimi, ot örtüyü və süni meydançamızın düzəlməsi ilə bağlı infrastruktur planlarımız var. Yeni mövsümdən daha güclü "İmişli" klubu görəcəksiniz."