Portuqaliyalı futbolçu Kriştiano Ronaldo bu gün "Ağ Ev"də ABŞ prezidenti Donald Trampla görüşəcək.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu özü D. Trampla görüşmək istəyib.

Görüşün həm də 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatı ilə bağlı olacağı gözlənilir.

Həmçinin, DÇ-2026-dan əvvəl ABŞ və Portuqaliya yığmaları arasında yoldaşlıq oyunlarının keçirilməsi də müzakirə olunacaq.