İtaliyalı hücumçu Çiro İmmobilenin yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını Fransada davam etdirəcək.

O, "Paris" klubu ilə razılığa gəlib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Çiro İmmobile mövsümün ilk yarısını "Bolonya"da keçirib. O, burada 9 oyun keçirib və qol vura bilməyib.