Misli Premyer Liqasında XVIII turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk görüşündə "Kəpəz" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma Yevlax şəhər stadionunda baş tutub.

Ayxan Abbasovun komandası ilk hissədə vurduğu qollarla Gəncə təmsilçisini məğlubiyyətə uğradıb - 2:0.

"Şamaxı" 23 xalla 7-ci yerə yüksəlib, "Kəpəz" isə 12 xalla 11-ci yerdədir.

Misli Premyer Liqası, XVIII tur

31 yanvar (şənbə)

14:30. “Kəpəz” - “Şamaxı” 0:2

Qol: Arsen Ağcabəyov, 13, Karim Rossi, 45+1

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 5. Rauf Hüseynli 8. Veysəl Rzayev 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori

Baş məşqçi: Azər Bağırov

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos

Baş məşqçi: Ayxan Abbasov

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Asiman Əzizli

Yevlax şəhər stadion