"Zirə" Misli Premyer Liqasının XVIII turunda "Sabah"ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" bu görüşdə ardıcıl 7-ci qələbəsini qazanıb.

"Sabah" qələbə gətirən qolları Velko Simiç, İvan Lepiniça və Xəyal Əliyev vurub. Hər üç qolun məhsuldar ötürməsini Aleksey İsayev edib.

"Qartallar"ın yeganə qoluna zədədən yei qayıdan Davit Volkov imza atıb.

"Bayquşlar" 43 xalla liderdir. "Zirə" isə 29 xalla 5-ci yeri tutur.

Misli Premyer Liqası, XVIII tur

31 yanvar (şənbə)

17:00. “Zirə” - “Sabah” 1:3

Qol: Davit Volko, 81 - Simiç, 10, İvan Lepiniça, 22, Xəyal Əliyev, 27

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Rəhman İmami

Zirə İdman Kompleksinin stadionu