İtaliyanın “İnter” klubu “Liverpul”un yarımmüdafiəçisi Körtis Consun transferi ilə bağlı danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi futbolçunu satınalma hüquqlu icarə əsasında heyətinə qatmaq istəyir.
Tərəflər arasında danışıqlar davam edir, lakin bu keçid birbaşa olaraq Davide Frattezinin klubdan ayrılıb-ayrılmamasından asılıdır. “İnter” rəhbərliyi Frattezinin mümkün transferindən sonra Cons üçün rəsmi addımlarını sürətləndirə bilər.


