Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb.
Offsideplus.az saytının məlumatına görə, bu gün start götürən hazırlıq prosesi fevralın 8-dək davam edəcək.
Göygöl Olimpiya İdman Kompleksində keçirilən toplanışa baş məşqçi Məhəmməd Bənanın rəhbərlik etdiyi məşqçilər korpusu (Nurəddin Rəcəbov, Rövşən Bayramov, Bəhruz Həzrətipur, Rəsul Cazini və Sabah Şəriəti) nəzarət edir. Hazırlıqlarda ümumilikdə 37 güləşçi yer alıb.
Həm fiziki hazırlıq, həm də taktiki-texniki məşqlərin keçiriləcəyi bu toplanış əsasən qarşıdakı mötəbər yarışlara hesablanıb. Millimiz bu hazırlıqla fevralın 25-dən martın 1-dək Albaniyanın paytaxtı Tiranada baş tutacaq reytinq turnirinə tam hazır vəziyyətə gəlməyi hədəfləyir.


