Azərbaycan Basketbol Liqasında (ABL) XV turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Sumqayıt" "Sərhədçi"ni qəbul edib
Görüş saat 14:00-da başlayıb.
Qarşılaşma "Sərhədçi"nin qələbəsi ilə başa çatıb - 98:94.
Turun mərkəzi oyunu da bu gün baş tutub.
"Abşeron Lions" və "Sabah" üz-üzə gəlib və "bayquşlar" 96:117 hesabı ilə qalib gəlib.


