Dmitri Bivol daha bir dünya çempionluğu qazanmaq üçün çəkisini artıraraq birinci ağır çəki (cruiserweight) dərəcəsinə yüksəlməkdə maraqlı olduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli boksçu bu addımın karyerasında yeni bir hədəf ola biləcəyini qeyd edib.

O, fərqli çəki dərəcəsində kəmər uğrunda mübarizə aparmaq ehtimalını istisna etməyib. 

Bivol son olaraq Artur Beterbiyevi məğlub edib. O, peşəkar boks karyerasında 25 döyüşün 24-də qələbə qazanıb.