“Rəqibi qələbə münasibətilə təbrik edirəm”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının 18-ci turunda "Sabah"a qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb: “Fikrimcə, maraqlı oyun alındı. Birinci hissədə 0-3 hesabı ilə məğlub idik. Halbuki oyun barabər səviyyədə keçirdi və mən futbolçuların çıxışından razı idim. Sadəcə olaraq rəqib əlinə düşən fürsətlərdən çox yaxşı istifadə etdi. Biz isə əksinə olaraq fürsətləri dəyərləndirə bilmədik. İkinci hissədə isə futbolçular qorxmadan sona kimi mübarizə apardılar və nəticədə qol vurduq. Lakin oyunu çevirmək çətin görünürdü. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Yaxşı oyunlarımızdan birini keçirdik. Sadəcə olaraq rəqib komanda son vuruşlarda dəqiq çıxış etdikdə nəticəni öz xeyrinə dəyişmək çətin olur”.

Qeyd edək ki, oyun “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.