"Avstraliya Open" turnirində mübarizə sona yaxınlaşır.
Offsideplus.az xəbər verir ki, qadınlarda çempion məlum olub.
Həlledici qarşılaşmada Yelena Rıbakina və dünya 1 nömrəsi Arina Sabalenka üz-üzə gəlib.
Görüşdəki bütün setlər 6:4 hesabı ilə başa çatıb.
1-ci və 3-cü setləri aktivinə yazan Rıbakina karyerasında ilk dəfə "Avstraliya Open" çempionluğunu qazanıb.
Bu, onun 2-ci "Böyük Dəbilqə"si olub.
Kişilərdə çempion sabah müəyyənləşəcək. Final görüşündə Novak Cokoviç və Karlos Alkaras qarşılaşacaq.


