Rafael Fiziyev baş tutmayan Çarlz Oliveyra ilə döyüşündən söz açıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı idmançı o günləri belə xatırlayıb:

"Braziliyada Çarlz Oliveyra ilə döyüşüm ləğv olunanda, sanki sarsıldım. Amma zədəm çox ciddi idi. Demək olar ki, yox, bütün bağlarım qopmuşdu. Ön çarpaz, arxa çarpaz, yan bağlar… Hamısı sıradan çıxmışdı. Menisküs də iki yerdən zədələnmişdi. Bundan sonra bir neçə ay, hətta bir az daha uzun reabilitasiya prosesi keçdi. Sonra Veqasa getdim və UFC PI-da məni əla şəkildə müalicə etdilər. Amma toparlandım, hazırda hər şey qaydasındadır.

Oliveyranın Qamrotu asanlıqla məğlub etməsinə çox təəccübləndim. Heç gözləmirdim. Qamrot kimi elit bir qrepplerin bu qədər rahat şəkildə partera salınıb domine ediləcəyini düşünməzdim".

O, eyni zamanda yüngül çəkini ən güclü hesab etdiyini də bildirib:

"Yüngül çəki dərəcəsi elə bir çəkidir ki. Dünyadakı kişilərin böyük əksəriyyəti 80–85 kilo civarındadır. Bu adamların çoxu 70 kiloya düşür. Ona görə də rəqabət inanılmaz dərəcədə böyükdür.

Məncə, yüngül çəki UFC-nin ən elit çəki dərəcəsidir. Digər çəkilərdəkilər inciyə bilər, amma reallıq budur. Top 15-ə baxırsan, hər kəs inanılmaz dərəcədə təhlükəlidir. Hətta ilk 15-dən kənarda qalan bəzi döyüşçülər belə çox təhlükəlidir. Potensial olaraq hər kəs bir-birinə yaxın dərəcədə təhlükəlidir".