Hücumçu Rüstəm Əhmədzadə Azərbaycan çempionatının gümüş mükafatçısı "Zirə"dən ayrılıb.
Offsideplus.az verir ki, bu barədə adıçəkilən klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Qarabağ"dan icarəyə götürülən 25 yaşlı futbolçu ilə müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, R.Əhmədzadə son 3 mövsümdə "Zirə"nin şərəfini qoruyub. O, "qartallar"ın heyətində 96 oyunda forma geyiib, 8 qol vurub və 8 məhsuldar ötürmə verib.
Onu da əlavə edək ki, Rüstəm Azərbaycan milli komandasında da çıxış edir.