Yeni mövsümə hazırlaşan “Neftçi” rəhbərliyi daha 2 futbolçu ilə əməkdaşlığa son qoyub.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı müdafiəçi Robert Bauer və portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo "ağ-qaralar"dan yola salınıb.

Hər iki oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Beləliklə, 2024/2025 mövsümü başa çatdıqdan sonra "Neftçi"nin heyətindən kənarlaşdırılan futbolçuların sayı 9-a çatıb.

Bundan öncə Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdi ilə başa çatan müqavilənin müddəti uzadılmamışdı.

İcarə əsasında "Neftçi"də olan qapıçı Rüstəm Samiqullin isə məxsus olduğu “Sabah"a qayıtmışdı.