ABŞ-ın "İnter Mayami" klubunun baş məşqçisi Xavyer Maskerano CONCACAF Çempionlar Liqası çərçivəsində  "Sportinq Kanzas Siti"yə qarşı keçirilən oyun zamanı yaşananlardan danışıb.

Offsideplus.az xəbər verir ki, argentinalı çalışdırıcı bu gün Kanzas Sitidə -17 dərəcə şaxtada baş tutan matçda hava şəraitindən şikayətlənib.

"Elə br vaxt yetişdi ki, mən ətraf orqanlarımı hiiss etmirdim. Futbolçularla oyundan sonra danışdım, onlar da eyni problemlə üzləşiblər. Qarşılaşmanın startından 5-10 dəqiqə sonra əl, ayağını hiss etməmək çox çətindir" - deyə Maskerano bildirib.

Xatırladaq ki, matç "İnter Mayami"nin minimal hesablı qələbəsi ilə nəticələnib. Yeganə qolu kapitan Lionel Messi vurub. Bu, onun karyerasında 851-ci qol olub.