ABŞ-ın "İnter Mayami" klubunun ulduzu Lionel Messi 2025-ci ildə lk qolunu vurub. 

Offisideplus.az xəbər verir ki, argentinalı dünya çempionu CONCACAF Çempionlar Liqasında "Sportinq Kanzaz-Siti" ilə oyunda fərqlənib. Onun matçın taleyini həll edən yeganə qolu 56-cı dəqiqədə qeydə alınıb. 

Qarşılaşma ABŞ-ın Kanzas-Siti şəhərində 1 gün yubanma ilə baş tutub. Görüşün fevralın 17-də keçirilməsinə hava şəraitinin əlverişsizliyi maneçilik törədib. Artıq ikinci gündür şəhərdə qar yağır, yollar buz bağlayıb. Elə bu səbəbdən futbolçular -17 dərəcədə meydançaya çıxmalı olublar. 

Komandalar arasında cavab matçı fevralın 25-də olacaq.