"Roma"nın argentinalı futbolçusu Paulo Dibalanın vəziyyətinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, "Kalyari" ilə qarşılaşmada zədələnən futbolçunun ən az 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu xəbər həm "Roma", həm də Argentina azarkeşlərini məyus edib.
"Kalyari" ilə oyunda zədə alan 31 yaşlı futbolçu "Roma"nın "Yuventus" və "Lazio" ilə keçirəcəyi vacib matçlarda iştirak edə bilməyəcək.
Ulduz futbolçunun zədələnməsi Argentina millisinin heyətinə də təsir edəcək. Dibala bu səbəbdən Argentina millisinin DÇ-2026-nın seçmə mərhələsində Braziliya və Uruqvayla oyunlarını buraxacaq.
Qeyd edək ki, argentinalı bu mövsüm "Roma" forması ilə 36 matçda meydana çıxıb. Argentinalı futbolçu həmin oyunlarda 8 qol vurub və 4 asist edib.