İrlandiyanın baş naziri Mixol Martin ölkəsinin UFC üzrə ikiqat çempionu Konor Makqreqoru ABŞ prezidenti Donald Trampla görüşdə səsləndirdiyi fikirlərə görə tənqid edib.

Offsideplus.az xəbər verir ki, dövlət xadimi idmançının Ağ Evdə ifadə etdiyi fikirləri yanlış adlandırıb.

"Müqəddəs Patrik Günü bütün dünyaya humanistlik, dostluq, birlik və yoldaşlığı yayır. Konor Makqreqorun fikirləri tamamilə yanlışdır. Bu, nə Müqəddəs Patrik Gününün ruhuna, nə də İrlandiya əhalisinin baxışına uyğunur", - deyə M.Martin vurğulayıb.

Qeyd edək ki, Konor Makqreqor D.Trampla görüş zamanı İrlandiya hökümətinin immiqrasiya ilə bağlı yürütdüyü siyasəti bəyənmədiyini açıqlayıb. 

BU DA MARAQLIDIR:

Kriştianu Ronaldo Portuqaliya prezidenti olacaq?