Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol üzrə milli komandası Avropa çempionatının II seçmə mərhələsinin B Liqasının 2-ci qrupunda mübarizəni başa vurub.

Offsideplus.az xəbər verir ki, Nərgiz Qurbanovanın yetirmələri son matçda məğlubiyyətlə üzləşiblər.

Yığmamız qrupun autsayderi, əvvəlki 2 qarşılaşmada rəqiblərindən 10 top buraxan Maltaya uduzub - 0:2.

Hər iki qolu Nina Li-Naudi fasilədən sonra (50 və 53-cü dəqiqələrdə) vurub.

Bununla da, qızlarımız 3 xalla qrupda axırıncı yeri tutublar.

Xatırladaq ki, U-17 digər görüşlərdə Lüksemburq (0:5) və Bolqarıstanla (3:2) qüvvəsini sınamışdı.