Futbol üzrə Haiti milli komandası Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirmək üçün Bakıya gəlib.

Offsideplus.az xəbər verir ki, komandanın səfərə yollanması ilə bağlı xəbəri Haiti Futbol Federasyası məlumat yayıb.

Bu, Haitinin klub və yığma səviyyəsində Azərbaycana ilk səfəridir.

Qonaqlar bu gündən etibarən martın 21-dək gündə 1 dəfə məşqə çıxacaqlar. 

Yoldaşlıq matçı isə martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyun saat 21:45-də başlanacaq.