Həftəiçi hər gün saat 15:00-da Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində Ceyhun Rzayevlə yerli və dünya futbolunda baş verən son məlumatlar müzakirə olunub.
Misli Premyer Liqasının XXVII turunun qarşılaşmaları, azərbaycanlı baş məşqçilərin mətbuat konfranslarındakı üsyanları, "Kəpəz" - "Qarabağ" matçından əvvəl meydançanın sulanmaması problemi, "Səbail"də Cavid Hüseynovun Elvin Məmmədovla əvəzlənməsi, Azərbaycan milli komandalarının son durumu, dünya futbolunda "Barselona"nın hegemonluğu, Türkiyədə əcnəbi hakim mübahisələri və digər məsələlər müzakirə mövzusu olub.
Bugünkü buraxılışı "Youtube" kanalımızdan izləyə bilərsiniz: