"Usmanla hər gün ünsiyyət saxlayırıq. Onun indi nələr etdiklərini görmək mənim üçün çox xoşdur".
Offsideplus.az xəbər verir ki, bu sözləri Madrid "Real"ının və Fransa yığmasının futbolçusu Kilian Mbappe deyib.
Milli komandadakı yoldaşı, PSJ-nin üzvü Usman Dembele haqqında danışan K.Mbappe onun hazırda yüksək səviyyədə çıxış etməsinə görə sevincini gizlətmədiyini bildirib: "Bizim 14 yaşımız olanda, mən onun ən böyük azarkeşi idim. Usman hətta qol vurmayanda belə onu dəstəkləyirdim, dünyanın ən yaxşı oyunçularından biri olduğunu deyirdim. Çoxları onu ələ salırdı".
"Real"ın hücumçusu vurğulayıb ki, Dembelenin 27 yaşda karyersının ən pik nöqtəsinə yüksəlməsi heç də gec deyil: "Usman gecikməyib, bu, normal inkişaf prosesidir. Onun irəlidə çox vaxtı var. İnanıram ki, o, yüksək səviyyədə çıxışını davam etdirəcək və biz gələn il Fransa yığmasının heyətində birgə dünya çempionu olacağıq".
Qeyd edək ki, Dembele cari mövsüm PSJ-nni heyətində 30 qol vurub, 6 məhsuldar ötürmə verib.
BU DA MARAQLIDIR: