"Mançester Yunayted"in ulduz futbolçusu komandanı tərk edəcək.

Offsideplus.az xəbər verir ki, Kristian Eriksenin müqaviləsi mövsümün sonunda başa çatacaq. Buna baxmayaraq klub tərəfindən danimarkalıya yeni müqavilə təklif edilməyib.

Bu barədə Fabrizio Romano "X" hesabında paylaşım edib.

Təcrübəli oyunçu yay "transfer pəncərəsi"ndə "qırmızı şeytanlar"dan azad agent kimi ayrılacaq.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə "Mançester Yunayted" forması ilə 27 oyuna çıxıb və 4 qola, 4 məhsuldar ötürməyə imza atıb.