İngiltərə Premyer Liqasının 2025/26 mövsümü yeni toplarla oynanılacaq.
Offsideplus.az xəbər verir ki, çempionatın təşkilatçıları Nike şirkəti ilə uzunmüddətli müqaviləni uzatmaqdan imtina ediblər.
Nike 2000-ci ildən bəri Premyer Liqa komandalarını toplarla təmin edirdi. Razılaşmaya əsasən, hər mövsüm klublara 2 komplekt toplar verilirdi.
Yeni mövsümdən etibarən isə Premyer Liqada Pumanın topları olacaq.
Maraqlıdır ki, Puma İngiltərədə mövqeyini gücləndirməkdədir. Bir sıra ulduz futbolçuların sponsoru olan şirkət bu ilin yayında "Mançester Siti" ilə də əməkdaşlığa başlayacaq.
BU DA MARAQLIDIR: