Dünyanın ən yaşlı futbolçusu Qrem Beyli dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, bu barədə “Nationalworld” məlumat yayıb.
İngiltərənin “Şeffild Yunayted” və “Haddersfayld” klublarının sabiq müdafiəçi 104 yaşında ölüb.
Xatırladaq ki, Beyli peşəkar karyerasına 1937-ci ildə, 17 yaşında olarkən “Haddersfild”də başlayıb. Keçmiş müdafiəçi 1948-ci ildə “Şeffild Yunayted”ə transfer olunub. O, 1950-ci ildə futbolçu karyerasını bitirib.