Ötən il "Səbail" klubunda karyerasını başa vuran Şəhriyar Rəhimov dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Fanat.az" saytı məlumat yayıb.
Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə getmişdi.
Qeyd edək ki, Şəhriyar Rəhimovun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları karyerasını bitirmə qərarı verməsinə səbəb olmuşdu.



