Bodibilder və bloqer Castin Viki idman zalında 204 kiloqram ağırlığında ştanqı qaldırmağa çalışarkən ağır zədə alıb və bu, ona həyatı bahasına başa gəlib.

Offsideplus.az xəbər verir ki, həmin anların görüntüsü sosial şəbəkələrdə paylaşılıb. Bildirilir ki, idmançının onurğası və boynu sınıb.

Həkimlər xəstəxanaya yerləşdirilən 33 yaşlı idmançının həyatını xilas edə bilməyiblər.