AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, bu gün baş tutan iclasda Misli Premyer Liqasının 28-ci turunda keçirilən oyunlardakı qayda pozuntuları barədə aşağıdakı qərarlar verilib. 

“Turan Tovuz” – “Sumqayıt”  oyununda “Sumqayıt” klubunun futboçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.

“Kəpəz” – “Səbail”  oyunu başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olmasına görə “Kəpəz” klubu 1600 manat cərimə edilib.
 
“Sabah” – “Qəbələ”  oyunundan əvvəl meydana kənar şəxslərin daxil olmasına görə “Sabah” klubu 1600 manat cərimə edilib.