AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, bu gün baş tutan iclasda Misli Premyer Liqasının 28-ci turunda keçirilən oyunlardakı qayda pozuntuları barədə aşağıdakı qərarlar verilib.
“Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futboçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.
“Kəpəz” – “Səbail” oyunu başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olmasına görə “Kəpəz” klubu 1600 manat cərimə edilib.
“Sabah” – “Qəbələ” oyunundan əvvəl meydana kənar şəxslərin daxil olmasına görə “Sabah” klubu 1600 manat cərimə edilib.