"Sabah"ın yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisini Vasiliy Berezutskiy çalışdıracaq. Rusiyalı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. 

Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020). 

Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).