"Liverpul"un futbolçusu Məhəmməd Salah müqaviləsinin müddətinin uzadılmamasına dair məsələyə aydınlıq gətirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Ulduz futbolçu bunları söyləyib:

"Dekabr ayına az qalıb və klubda qalmaq üçün hələ heç bir təklif almamışam. Mən yəqin ki, gələcək planlara daxil deyiləm. Bilirsiniz ki, mən uzun illərdir klubdayam. Belə ikinci bir gözəl klub yoxdur. Amma sonluq mənim əlimdə deyil. Daha əvvəl dediyim kimi, dekabra az qalıb və gələcəyimlə bağlı dəqiq nəsə yoxdur. Mən azarkeşləri sevirəm. Onlar da məni sevirlər. Sonluq nə mənim, nə də azarkeşlərin əlindədir. Gözləyək və görək nə olur".

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"un şərəfini qoruyan Salah 367 oyunda 223 qol vurub. Onun klubla olan müqaviləsi yanvarın 1-də başa çatır.