Stiv Kuper İngiltərə Premyer Liqasında mübarizə aparan "Lester Siti" klubundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssis komandanın uğursuz nəticələrinə görə vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Kuper bu ilin yayından "Lester Siti"yə baş məşqçilik edirdi