"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim "Sportinq"dən ayrılması barədə maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Mən artıq klublarla danışıqlar aparmışdım. Ona görə də bu təbii idi, amma o zaman hiss edirdim ki, mən aid olduğum yerdə olmalıyam. "Mançester Yunayted" mənim üçün doğru zamanda doğru klub idi. "Sportinq"i tərk etmək çətin idi, amma mən bunu etməli idim".
Qeyd edək ki, noyabrın 11-dən etibarən Ruben Amorim "qırmızı şeytanlar"a rəhbərlik edir.